Cek London | |
---|---|
ing. Jack London | |
Doğum adı | John Griffith Chaney |
Doğum tarixi | 12 yanvar 1876[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr 1916[1][2][…] (40 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhərlənmə[d], Həddindən artıq doza[d] |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist, romançı, hərbi müxbir[d], esseist, avtobioqraf[d], ssenarist, fantastika yazıçısı[d], uşaq ədəbiyyatı yazıçısı, yazıçı-səyyah[d], nasir, şair, gündəlik yazıçısı[d], matros |
Fəaliyyət illəri | 1895–1916 |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | naturalizm |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar 1876[1][2][…], San-Fransisko, Kaliforniya[1][3] – 22 noyabr 1916[1][2][…], Qlen-Ellen, Kaliforniya[1][3]) — ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi[4]. Cek Londonun anası Flora Velman spiritualist musiqi müəllimi idi. Təxminən Cekin atası olduğu düşünülünən Villiam Çaney isə astroloq idi. San Fransisko "Chronicle" qəzetinin 4 iyun 1875 tarixli nömrəsində çıxan bir xəbərə görə, Flora Velman Çaneyin uşağın götürülməsini istədiyini, lakin bu tələbinə rədd cavabı aldığını göstərmişdir. Bundan sonra Flora özünü vurmağa çalışsa da, ciddi bir yara almamış, keçici olaraq ağlını itirmişdir. Doğumdan sonra uşaq baxmaq üçün rəfiqəsi Virciniya Prentisə verilir. Beləliklə qaradərili Virciniya londonlular tərəfindən onun mənəvi anası kimi həmişə xatırlanır. Həmin ilin sonlarına doğru Flora Velman Con Londan ilə evlənir və sonradan Cek London adlandırılan Con da onlarla yaşamağa başladı. Cek ilk təhsilini Oklənddə almışdir[5] 1897-ci ildə Berkley Universitetində tələbə ikən isə anasının intihar cəhdi və bioloji atası ilə bağlı qəzet xəbərlərini araşdırmağa başladı. Aldığı məlumatlardan sonra Çikaqoda yaşayarkən Viliam Çaneyə bir məktub yazdı. Çaneydən gələn cavab isə çox qəribə idi. Cekin atası olmasının mümkün olmayacağını, çünki iqtidarsız olduğunu söyləyən Çaney, Cekin anasının başqa bir adamla əlaqəsi olduğunu iddia edərək anasına uşağın götürülməsi barədə təkid etməsinin isə böhtandan başqa bir şey olmadığın demişdir.